Qarabağ Azərbaycandır adlı onlayn tədbir

Məktəbimizin 3b sinfinin sinif rəhbəri Milyanə Şuqverovanın təşkilatçılığı ilə təşkil olunmuş "Qarabağ Azərbaycandır" adlı onlayn tədbir təşkil olunmuşdur. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin təşkilatçı müavini Nargilə Əhmədova və Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində döyüşmüş qazimiz Bayramov Natiq Məmməd oğlu iştirak etmişdir. Şagirdlər II Qarabağ müharibəsi iştirakçısına suallar ünvanlayaraq cavab aldılar, öz ürək sözlərini dedilər.