Məktəbimizin məzunu şəhid Kəlbiyev Şaiq
Kəlbiyev Şaiq Namik oğlu.
1994-cü il sentyabr ayının 10-da Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində anadan olub. 2002-ci ildə Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəbin I sinifinə daxil olmuş, 2007-ci ildə Sahil qəsəbəsində yeni istifadəyə verilmiş 319 nömrəli tam orta məktəbin V sinfində orta təhsilini davam etdirmişdir. 2012-ci ildə 319 nömrəli tam orta məktəbin IX sinifini bitirmişdir. Kəlbiyev Şaiq 2012-ci ildə Bakı Dövlət Sosial-İqtisadi Kollecinə daxil olmuşdur. Bakı Dövlət Sosial- İqtisadi Kollecində təhsilini müvəffəqiyyətlə bitirmişdir.
07.10.2014-cü ildə Hərbi xidmətə çağırılmış, 28.04.2016-cı il tarixdə hərbi xidməti başa vurmuşdur. Aprel döyüşlərində iştirak etmişdir. Kəşfiyyatçı Kəlbiyev Şaiq Namik oğlu torpaqlarımızın azadlığı uğrunda 27.09.2020-ci il tarixində başlayan döyüşlərdə iştirak etmiş, 15.10.2020-ci il tarixində Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
ALLAH rəhmət eləsin.