Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərin adları açıqlanıb

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərin adları açıqlanıb. Sevindirici haldır ki, RFO-da ayrı-ayrı fənlər üzrə məktəbimizi təmsil edən 11 nəfər 9-11-ci siniflərdə təhsil alan şagirdlərimizdən 5 nəfəri yüksək nəticə əldə edərək, olimpiadanın respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ əldə edə bilmişdir. Biz də məktəb rəhbərliyi, eləcə də kollektivimiz adından RFO-nun təşkilat komitəsinə və münsiflər heyyətinə obyektiv təçkilatçılığa görə minnətdarlığımızı bildirir, şagirdlərimizi, onların üzərində əməkləri olan müəllimlərimizi təbrik edirik. Növbəti, yarımfinal turunda uğurlar uşaqlar, sizinlə qürur duyuruq!