3a sinfində ”sinifdənxaric oxu” keçirildi

Yanvarın 13-ü 3a sinfində kitabxana müdiri Qəhrəmanova Təranə və kitabxanaçı Həbibzadə Nailə tərəfindən sevimli nağıllar adlı ”sinifdənxaric oxu” keçirildi. Sinifdənxaric oxunu keçirməkdə məqsəd ibtidai siniflərdə sinifdənxaric oxunun əsas istiqaməti şagirdlərdə müstəqil mütaliəyə maraq oyatmaq, mütaliə mədəniyyəti yaratmaq və bu yolla onların ətraf aləm haqqında biliklərini, dünyagörüşlərini genişləndirməkdən ibarətdir. Kitabxana tərəfindən şagirdlərə nağıl, naqıl, hekayə, təmsil və şeirlərin oxunması tövsiyyə olunmuşdur.