" Uşaqlar və yol təhlükəsizliyi" layihəsi

Dekabrın 17si 2019/2020- ci tədris ilinin fəaliyyət planına müvafiq olaraq " Uşaqlar və yol təhlükəsizliyi" layihəsi çərçivəsində 2b sinfində Milyanə müəllimin rəhbərliyi ilə yol hərəkəti təhlükəsizliyi, yolda piyadaların, sürücülərin, azyaşlıların qəzalardan qorunması, eləcə də yol hərəkəti qaydalarının öyrənilməsinə həsr edilmiş maarifləndirici dərs keçirildi. Kiçik yaşlı şagirdlərimizin bacarıqları hamını sevindirdi. 2-cilər yol polisi, tibb işçisi, azyaşlı velosipedçi, qəza keçirənlərin yaxınları və s. obrazları canlandırdılar. Şagirdlər tərəfindən yol hərəkətinin təhlükəsizliyi çərçivəsində stimulyasiya xarakterli səhnəciklər nümayiş etdirildi