Ümummilli Lider Heydər Əliyevin anım günü

Dekabrın 12-si Respublikamızın bütün regionlarında Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunur. Cismən yoxluğuna alışa bilmədiyimiz, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, müstəqilliyimizin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin Fəxri Xiyabandakı məzarı qədirbilən xalqımızın müqəddəs ziyarətgahına çevrilmişdir. Məktəbimizdə ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə dəyirmi masa keçirildi. Anım mərasimində Ulu Öndərin keçdiyi həyat yolu, irsi, siyasi fəaliyyətindən söz açıldı. Əbədiyaşar lider haqqında yazılmış bədii əsərlərdən nümunələr söylənildi, onun haqqında hazırlanmış maraqlı və təsirli video-çarx nümayiş etdirildi. Dəyirmi masanın sonunda məktəbin tarix müəllimi Rəna Əhmədova dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasətinin möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini şagirdlərin diqqətə çatdırdı.