İlham Zəkiyevlə məktəblilərimizin görüşü

        

        İkiqat Paralimpiya Oyunları və dünya çempionu, yeddiqat Avropa çempionu , Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi Ilham Zəkiyev və Qarabağ qazisi Azərbaycanın ilk qadın komandiri mayor Aidə xanım Şirinova məktəbimizin qonağı oldular. Məktəbimizin 2a sinfinin şagirdləri Azərbaycan dili fənnindən Ilham Zəkiyevə həsr olunmuş "Uğurun sirri" hekayəsini oxuduqdan sonra Afaq müəllimin və Röya Mahirqızının köməkliyi ilə qazimizə məktub ünvanlayaraq onu məktəbimizə dəvət etmişdirlər. İlham Zəkiyev də öz növbəsində uşaqların dəvətinə biganə qalmamışdır. Məktəbin akt zalında şagirdlərlə Qazilərimizin görüşü hamının böyük marağına səbəb oldu. 2-cilər onları səmimiyyətlə salamladılar, gəlişləri münasibəti ilə hazırladıqları şeirləri və "Uğurun sirri" hekayəsini səsləndirdilər. İlham Zəkiyev tədbir iştirakçılarına Qarabağ savaşında yaralanmasından, ölümlə üz-üzə qalmasından danışdı. O bildirdi ki, heç bir şey insanı həvəsdən salmamalıdır. Ağır yaralanaraq dünya işığından məhrum olan insanın ümidsizliyə qapılmaması, əzmlə, ciddi şəkildə idmanla məşğul olaraq yuxarıda sadalanan uğurlara nail olması möhkəm iradənin və ciddi məqsədin bariz nümunəsidir. Aidə xanım da tədbir iştirakçılarına müharibənin dəhşətlərindən, keçdiyi ağır həyat yolundan danışdı, Vətən, millət sevginin ən böyük insani dəyər olduğunu bildirdi. Səmimi keçən görüşün sonunda Ilham Zəkiyev və Aidə xanım uşaqlarla şəkil çəkdirdilər, onların suallarını cavablandırdılar. Biz də öz növbəmizdə Ilham Zəkiyevə, Aidə xanıma, eləcə də Afaq müəllimə, valideyn Röya Mahir qızına, 2a sinfinə, zəhməti keçən hər kəsə bu maraqlı görüşün təşkilinə görə təşəkkürümüzü bildiririk.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi