“Vətənin müdafiəsinə hazır ol"

Fevralın 28-də gənclərə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaq məqsədilə məktəbin Hərbi rəhbəri İ.Əliyev yuxarı sinif şagirdləri ilə tədbir keçirdi.Tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Hərbi rəhbər çıxış edərək bildirib ki, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması bizim ən vacib vəzifələrimizdən biridir. Məktəbimizdə il boyu təşkil etdiyimiz vətənpərvərlik ruhlu tədbirlərlə belə hissləri onların qanlarına, canlarına hopdurmağa çalışırıq.