20 Yanvar faciəsinin otuz üçüncü ildönümü

Yanvarın 18-də  Suraxanı rayon 316 saylı tam orta məktəbində “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Tədbirlər Planı”nına əsasən akt zalında geniş tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru G.Hənifəyeva çıxış edərək 33 il öncə müstəqil dövlətçilik tariximizin acılı, lakin şərəfli günləri haqqında şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər şeirlər səsləndirdi,slaydlar nümayiş olundu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi