“Yonex Estonian Youth International 2022” badminton turniri

    9-11 dekabr tarixində uşaq və yeniyetmə badmintonçularımız Estoniyanın Tartu şəhərində keçirilən “Yonex Estonian Youth International 2022” turnirində çıxışlarını başa vurublar.

Təmsilçilərimizdən ən yüksək nəticəyə məktəbimizin 4 Ə sinif şagirdi Məhəmməd Hacızadə imza atıb. M.Hacızadə 11 yaşadək oğlanların şəxsi yarışında turnirin yarımfinalına kimi irəliləməyi bacarıb. Həm finala yüksəlmək, həm də 3-cü yer uğrunda keçirilən görüşlərdə eston rəqiblərinə uduzaraq dördüncü olub. Bu yaş kateqoriyası üzrə oğlanların qoşa yarışında isə qrup mərhələsində latviyalı Oskar Bajarsla birgə mübarizə aparan təmsilçimiz ikinci olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi