"Şərəfli ömür yolu"

Dekabrın 9-da Suraxanı rayon 316 saylı tam orta məktəbində ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Şərəfli ömür yolu"adlı anım günü tədbiri keçirildi. Azərbaycan xalqına azadlığı qazandıran ümummilli lider Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabrın 12-də hər şeydən çox sevdiyi xalqı ilə vidalaşsa da, xalq həmişə onu xatırlayır və xatirəsini əziz tutur.12 dekabr-O gündən 19 il ötür. Amma xalq onu eyni məhəbbətlə sevir və xatırlayır. Məktəbimizin şagirdləri Ulu öndər Heydər Əliyevə,vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.Tədbirdə Heydər Əliyevin həyat yolu ilə bağlı videofraqmentlər göstərilib.