"İstiqlal şairi-Əhməd Cavad"

    Oktyabrın 31-də məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəniyeva Gülvaz və 7 "A " sinif şagirdlərinin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar "İstiqlal şairi-Əhməd Cavad" adlı tədbir  keçirilib.

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı.Sonra məktəbin Tərbiyə İşləri üzrə direktor müavini Qasımova Ulduz çıxış edərək bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığından, Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərlərindəki dərin vətənpərvərliyi haqqında məlumat verdi. 7"A" sinif şagirdləri şairin həyat və yaradıcılığı haqqında məlumat verdi, yaradıcılığından şeirlər söylədilər. Əhməd Cavadın həyat və yaradıcılığına dair videoçarx nümayiş olundu. Sonda 6 "B" sinif şagirdi İmanlı Yusif şairin sözlərinə bəstələnmiş "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi