"HÜQUQLARIMIZI QORUYAQ"

Azərbaycan Respublikası İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2022-ci il tarixlərdə uşaq hüquqları aylığı keçirilir. Bu məqsədlə Suraxanı rayon 316 nömrəli tam orta məktəbində noyabrın 11-də "HÜQUQLARIMIZI QORUYAQ" adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə şagirdlərə hüquq və vəzifələri haqqında məlumat verildi. Uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftar və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiə və təbliği haqqında danışıldı. V sinif şagirdləri mövzuya uyğun səhnəciklər nümayiş etdirdilər, şeirlər və mahnılar səsləndirdilər. Sonda uşaq hüquqlarını əks etdirən videoçarxlara tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi