8 Noyabr - Zəfər Günü

Suraxanı rayon 316 nömrəli tam orta məktəbində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbənin 2 illiyi münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirdə Tərbiyə işləri üzrə direktor müavini U.Qasımova, 1"D" sinif şagirdləri,qazi Nicat Məmmədzadə və məktəbin müəllimləri iştirak edirdi.Tədbirdə əvvəlcə dövlət himni səsləndirildi sonra isə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbirdə şagirdlər vətənpərlik ruhunda şeirlər səsləndirdilər,mahnılar oxudular və milli rəqslər ifa etdilər. Sonda qazi Nicat Məmmədzadə çıxış edərək şagirdlərə keçdiyi zəfər yolu haqqında məlumat verdi.