"İstiqlal” muzeyinə ekskursiya

Noyabrın 1-də 2 "H" sinif şagirdlərinin "İstiqlal” muzeyinə ekskursiyası təşkil olunub.Ekskursiya zamanı məktəblilər muzeydə ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizənin mərhələləri və mədəni-tarixi həyatındakı mühüm hadisələrlə yaxından tanış olublar.