Şəhid ailəsini ziyarət

Oktyabrın 21-də məktəb rəhbərliyi,bir qrup müəllim və 8 A sinif şagirdləri şəhid məzunumuz Hacıyev Sayad Azad oğlunu evinə onun valideynlərini ziyarətə getdilər.Şagirdlər evdə şəhidin şəxsi əşyaları ilə tanış oldular. Şəhidin valideynləri Azad Hacıyev və Simuzər xanım şagirdlərə övladının döyüş yolu haqqında məlumatlar verdi və şagirdləri Sayad kimi vətənpərvər olmağa çağırdı. Daha sonra şagirdlər vətənpərvərlik və Sayad Hacıyevə həsr olunmuş mahnı və şeirlər səsləndirdilər. Şəhidin valideynləri məktəb rəhbərliyinə və şagirdlərə minnətdarlığını bildirdi.