Şəhid məzunumuz Cavid Cabbarzadənin əziz xatirəsinə

    Oktyabrın 21-də şəhid məzunumuz Cabbarzadə Cavid Qorxmaz oğlunun şəhadətinin 2-ci ildönümü qeyd edildi.Məktəb rəhbərliyi,bir qrup müəllim və şəhidin anası Almaz xanım iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirildi sonra isə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. 2 j sinif şagirdləri şəhid Cavid Cabbarzadə və vətənpərvərliyə həsr edilmiş şeirlər,mahnılar səsləndirdi. Daha sonra şəhidin həyat yolunu əks etdirən videoroliklər nümayiş olundu. Şəhidin anası Almaz xanım çıxış edərək şagirdlərə və məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi