"Şuşa Zirvəsi" adlı müsabiqə

İstedadlı gənclər arasında "Şuşa Zirvəsi" adlı müsabiqənin qalibləri müəyyənləşib
Bakı şəhəri Suraxanı rayonu 316 nömrəli məktəbdə keçirilmiş müsabiqədə İstedadlı uşaqları aşkarlamaq, asudə vaxtlarını səmərəli təşkil etməyə dəstək olmaq üçün ilk növbədə məktəbdə onlarla görüş keçirilib. Ekspert və psixoloqun iştirakı ilə həmin yeniyetmələrlə söhbət aparılaraq, onlarda özgüvən hissi yaradılıb. Müsabiqəyə qoşulmuş məktəblilər istedadlarına uyğun olaraq, qiraət, rəqs, rəsm və malik olduqları digər bacarıqlar üzrə müsabiqədə iştirak edib. Onların təqdimatları münsiflər tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.
316 nömrəli məktəb üzrə seçilmiş qaliblərin adlarını təqdim edirik :
1) Zirvə xor qrupu
2) inci rəqs qrupu
3) İmanlı Yusif ( xanəndə)
4) Həmidov Rəvan-(qiraət)
5) Quliyeva Nəzrin- (qiraət)
6) Mədinə Heybətova ( qiraət)
7) Abbaszadə Hüseyn ( rəsm)