Şəhid Sənan Abdullayevin əziz xatirəsinə

    Oktyabrın 5-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə şəhid Sənan Abdullayevin əziz xatirəsi onun adı verilmiş sinifdə yad edildi. Dövlət himni səsləndikdən sonra şəhidin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Şagirdlər şəhidin həyat yolu haqqında məlumatlar və şəhidə həsr olunmuş şeirlər səsləndirdi.

Kəşfiyyatçı Sənan Abdullayev cəbhənin Füzuli istiqamətində gedən hərbi əməliyyatlarda döyüşçü yoldaşları ilə birlikdə bir gün ərzində üç düşmən postunu ələ keçirib. Həmin döyüşlərdə misilsiz qəhrəmanlıq göstərən 22 yaşlı Sənan düşmən snayperinin açdığı atəş nəticəsində oktyabrın 5-də qəhrəmancasına şəhid olub.

Sənan Abdullayev II Fəxri Xiyabanda dəfn olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi