Asim Abbasovun əziz xatirəsinə

Sentyabrın 28-də Suraxanı rayon 316 nömrəli məktəbdə “Qara Qartal” ləqəbli Vətən müharibəsi şəhidi Asim Abbasovun xatirəsi onun adı verilmiş sinifdə yad edildi.Azərbaycan Ordusunun çavuşu Asim Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. O, sentyabrın 28-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən Asim Abbasov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.