27 Sentyabr "Anım günü"

     Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə 27 Sentyabr "Anım günü" tədbirləri səhər saat 07:30-dan başladı. Belə ki,07:30-da sıraya düzülmüş müəllim və şagirdlər ilk öncə dövlət himnimizi dinlədilər. Sonra torpaqlarımız üçün canını fəda etmiş şəhidlər 1 dəqiqəlik sükutla yad edildi. Tərbiyə işləri üzrə direktor müavini U.İ.Qasımova çıxış edərək 44 günlük Vətən müharibəsi haqqında şagirdlərə məlumat  verdi. Sonra şagirdlər vətənpərvərlik haqqında mahnılar oxudular.Sonda G.F.Hənifəyeva çıxış edərək bildirdi ki gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək məktəb olaraq bizim borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi