"Erkən nikaha yox deyək!"

İyunun 8-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə "Erkən nikah və onun fəsadları" mövzusunda "Erkən nikaha yox deyək!" adlı tədbir keçirildi. Yuxarı sinif şagirdləri üçün təşkil olunmuş bu tədbirdə təqdimatlar olundu, onlar arasında maariflənmə işi aparıldı. Uşaq evliliyi problemi ilə bağlı danışan məktəbin direktoru G.Hənifəyeva məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. Erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.Sonra şagirdlər hazırladığı səhnəciyi nümayiş etdirdi.