18 iyun - İnsan Hüquqları günüdür

    İyunun 6-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə  18 iyun-İnsan Hüquqları günü münasibətilə tədbir keçirildi.Ölkəmizdə insan hüquqlarına verilən dəyərin göstəricisi olaraq Prezident İlham Əliyev 2007-ci ildə hər il iyun ayının 18-nin İnsan Hüquqları Günü kimi qeyd edilməsinə dair Sərəncam imzalayıb. Həmin tarixdən bugünədək insan hüquqları sahəsində böyük irəliləyişlərə nail olunub, müxtəlif qanunvericilik aktları qəbul edilib, ziddiyyət təşkil edən hallar aradan qaldırılıb.

İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən ulu öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalaması, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması insan hüquqlarının müdafiəsi istiqamətində atılan uğurlu addımların bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi