Şanlı cümhuriyyətimizin 104-cü ili

Mayın 26-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə “28 May – Müstəqillik günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirin aparıcıları 1918-ci il mayın 28-də əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika olduğunu səsləndirdilər.Şagirdlər Azərbaycan haqqında mahnılar, şeirlər , rəqs nümunələri ifa etdilər. Müstəqillik günü siniflərdə də qeyd olundu.