Rüstəm Zahid oğlu Atakişiyevin əziz xatirəsinə

Mayın 26-da Suraxanı rayon 316 nömrəli tam orta məktəbə şəhid Rüstəm Zahid oğlu Atakişiyevin ailəsi dəvət olunmuşdu. Şəhid ailəsi məktəb rəhbərliyi tərəfindən hörmətlə qarşılandı.Daha sonra R.Atakişiyevin anası və bacıları şəhidin adı verilmiş sinif otağı ilə tanış oldular. Sonra şəhidlər haqqında xüsusilə R.Atakişiyev haqqında şagirdlərin hazırladıqları videoçarxa tamaşa etdilər, şeirləri dinlədilər. Sonda şəhid ailəsi məktəb rəhbərliyinə göstərilən diqqət üçün təşəkkür etdi.