44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İ.H.Əliyevin rolu

   Mayın 24-də  məktəbin akt zalında “Zəfər tarixi”nin  konfransı keçirildi.Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin  əmri ilə ümumi təhsil müəssisələrində 2022-ci ilin aprel-noyabr  aylarında  interaktiv  şəkildə “Zəfər tarixi” adlı konfranslar təşkil  edilir. Konfransda məktəbin direktoru G.Hənifəyeva, Tərbiyə İşləri üzrə direktor müavini U.Qasımova, 3 müəllim və 30 şagird iştirak edirdi.Konfrans iştirakçıları əvvəlcə Qarabağ müharibəsində həlak olan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad etdilər.Konfransda məktəbin tarix müəllimi K.İbrahimova  9-cu sinif şagirdlərinin iştirakı  ilə  Zəfər  tariximiz  barədə izləyicilərə məlumat verdi. Sonra  Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımız barədə video- süjetlər nümayiş etdirildi.Məqsəd şagirdləri Zəfər tariximiz barədə məlumatlandırmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan, şəhid olan qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq, gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi