Məktəbdə "açıq həftə"

Mayın 13-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində "Valideynin məktəbdə bir günü" tədbiri keçirildi. Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı,məktəbin tədris resursları və məktəbdə həyata keçirilən layihələr barədə məlumatlandırılması,istər infrastruktur,istərsə də tədris prossesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi məqsədilə valideynlər məktəbə dəvət olundular.