"Qarabağın coğrafiyası" intelektual yarış

Aprelin 29-da Suraxanı rayon 316 nömrəli və 90 nömrəli məktəb şagirdləri arasında "Qarabağın coğrafiyası" mövzusunda breyn-ring intelektual yarış keçirildi.Yarış 2022- Şuşa ili çərçivəsində təşkil olunmuşdu. İlk öncə 90 N-li məktəbin direktoru Svetlana Nəbiyeva və 316 N-li məktəbin direktoru Gülnarə Hənifəyeva çıxış edərək məktəblərarası bilik yarışının əhəmiyyətindən danışdılar.Yarışda 90 N-li məktəbin "Qarabağ fatehləri" və "Mübarizlər",316 N-li məktəbin "Zəfər" və "Dəmir Yumruq" komandaları iştirak etdilər.Tədbir 90 N-li məktəbin 11-ci sinif şagirdləri Vüsal və Rəşid,7-ci sinif şagirdi Sərkərova Zəhra və 316 N-li məktəbin 7-ci sinif şagirdi Yusif İmanlı,Cabbarzadə Sevgi,Cəlalzadə Nərminin nümayiş etdirdikləri gözəl ifalar ilə yaddaşlarda qaldı.