"20 yanvar - Qanlı tarix"

    Yanvarın 16-da Suraxanı rayon 316 saylı tam orta məktəbində "20 Yanvar" faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq UBT rəhbəri A.Əlirzayevanın təşkilatçılığı ilə əbədi-bədii kompozisiya təşkil olunmuşdur. Tədbir şagirdlərin Azərbaycan Dövlət Himnini səsləndirməsi ilə  başladı. Sonra bir dəqiqəlik sükutla  şəhidlərimiz yad edildi. Aparıcılar bu qanlı faciə haqqında məlumat  verdilər, qan yaddaşımız bir daha  təzələndi. Daha sonra faciəni əks etdirən şeirlər səsləndirildi, mahnılar  söyləndi və "Ana fəryadı" adlı səhnəcik nümayiş olundu. Tədbirdən sonra məktəbin şagirdləri ayrı-ayrı siniflər şəklində məktəbin foyesində və akt zalında 20 yanvar şəhidilərinin xatirəsinə həsr olunmuş güşənin önünə tər qərənfil dəstələri düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi