Bayrağımız – qürur yerimiz

 Ta qədimdən bayraq hər bir dövlətin atributu olaraq onun  tanınmasında mühüm rol oynamışdır. Azərbaycan dövləti  də üçrəngli bayrağı ilə dünya dövlətləri arasında seçilir. Bu gün hamımız ucalardan uca bayrağımızın yaranma tarixini qeyd edirik. Bütün məktəblilər məktəbin həyətində təşkil olunan fləşmobda iştirak etdilər. Birinci dərslər “Bayraq Günü”nə həsr olundu. Məktəbimizin 8-ci sinif şagirdləri  ədəbiyyat və tarix fənn müəllimlərinin rəhbərliyi ilə “Bayrağımız – qürur yerimiz” adlı geniş məktəbdaxili tədbir hazırladılar. Şagirdlər bayrağımızın tarixi, dünəni, bugünü barədə hazırladıqları çıxışları təqdim etdilər. Şeirlər söyləndi, səhnəciklər nümayiş olundu. İbtidai siniflərdə də sinifdaxili tədbir keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi