Bilik Günü qeyd edildi

Bildiyimiz kimi 2004-cü ildən 15 sentyabr "Bilik günü" kimi qeyd edilir. Cari ilin 15 sentyabr tarixi bazar gününə təsadüf etdiyindən "Bilik günü" Respublikanın bütün məktəblərində olduğu kimi bizim məktəbdə də 16 sentyabr tarixində keçirildi.

Təntənəli tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıldı. Məktəbin direktoru çıxış edərək 2018-2019-cu tədris ilinin uğurları , təhsildə aparılmış son yeniliklər haqqında məlumat verərək bildirdi ki, hər il olduğu kimi bu il də Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılmış , 7 məktəbin mövcud binası sökülərək yenidən tikilmişdir. Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri aparılmışdır.

Daha sonra Keşlə qəsəbə bələdiyyə sədri Vəfadarov Ələmdar çıxış edərək xoş arzularını çatdırdı. Bədii hissədən sonra ilk zəng çalındı və dərs məşğələləri başlandı . İlk dərs məşğələləri Təhsil naziri Ceyhun Bayramovun 30 avqust tarixli 550 nömrəli əmrinin müvafiq bəndinə uyğun olaraq ibtidai siniflərdə "İdman və sağlamlıq" , V-IX siniflərdə "Mütaliə-Mənəvi zənginliyə aparan yol" X-XI siniflərdə "Azərbaycan İnkişaf yollarında" mövzularına həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi