Sinif Təşkilat saatları Beynəlxalq Ana Dili gününə həsr olunur

Sinif rəhbərlərinin apardığı tərbiyəvi işin ən mühümü olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsinə düzgün istiqamət vermək üçün çox faydalı və gərəklidir. Sinif kollektivi yaratmaq, sinifdəki hər bir şagirdin fərdi-psixoloji xüsusiyyətlərini dərindən öyrənmək məqsədi ilə maarifləndirici, istiqamətləndirici və təşkiledici istiqamətdə mütəmadi olaraq siniflər üzrə sinif təşkilat saatı keçirilir.

Məktəb üzrə sinif təşkilat saatı cədvəli hazırlanıb və mövzuları TİDM-nin sinif rəhbərləri ilə birlikdə keçirdiyi ilk iclasda təsdiq olunub və məktəb direktoru ilə razılaşdırılıb.

1-21 fevral tarixləri aralığında məktəb üzrə təşkilat saatları Beynəlxalq Ana Dili gününə həsr olunur.

Fevralın 19-da 3”B” sinfində Eyvazova Mehparə növbəti təşkilat saatını bu mövzuya həsr etdi. O, şagirdlərlə mövzu ətrafında söhbət apardı. Uşaqlar Ana dilini tərənnüm edən şeirlər söylədilər, mahnılar oxudular. Daha sonra isə müəllimlə birlikdə divar qəzeti hazırladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi