"Gənc istedadlar" breyn-rinq bilik yarışının növbəti mərhələsi keçirilidi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-531 nömrəli əmrinin icrası ilə bağlı BŞTİ-nin Tədbirlər Planına və məktəbin Fəaliyyət Planına müvafiq olaraq ayrı-ayrı fənlər üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə fevralın 19-da 113 nömrəli tam orta məktəbdə 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərində fəaliyyət göstərən "Kiçik akademiya" üzvələrinin iştirakı ilə "Gənc istedadlar" breyn-rinq bilik yarışının üçüncü mərhələsi keçirildi. “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət Planına əsasən şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması, fiziki, kimyəvi və bioloji hadisələr üzrə təcrübələrin aparılması məqsədilə yarışın bu mərhələsində şagirdlər kimya, biologiya, fizika və coğrafiya fənləri üzrə bilik və bacarıqlarını sinadılar. Qeyd edək ki, layihə artıq 3 ildir ki, davam edir və növbəti aylarda sözügedən məktəblərdə müxtəlif mövzularda yarışların davam etdirilməsi nəzərdə tutulur. Bu mərhələdə 13 xalla 76 nömrəli tam orta məktəbin komandası qalib oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi