"Gəncə Terroru" anım günü

44 günlük Vətən müharibəsi dövründə Şanlı ordumuz qələbə meydanında ard- arda qələbələr qazandıqca Ermənistan hakimiyyəti də məğlubiyyətin qisasını döyüş meydanında yox mülki əhaliyə qarşı çirkin qətliamlar törətməklə çıxmağa cəhd göstərdilər..Gəncə Terroru da bu faciələrdən biri idi . Beləliklə Dünya tarixinə Gəncə qətliamı ilə növbəti terror hadidəsi yazıldı .O tarix ki ,Məryəmlərin, Nigarların, Mədinələrin ,Sevillərin ,Hüseynlərin gözyaşları ilə qanlar yazdı .Biz bu tarixi unutmayacağıq Çünki biz bu tarixdən çarəsizliyin, övlad və valideyn itkisini gördük, yaşadıq .Bu tarix bizim yaddaşlarımızda əbədi qalacaq . 311 nömrəli məktəbin 2b sinif şagirdləri bu gün öz kövrək çıxışları ilə Gəncə terrorunun günahsız qurbanlarını yad etdilər. Körpələrin günahı nədir deyərək erməni terroruna qarşı öz etizarlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi