Şagirdlərimiz ekskursiyada.

" 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününü" ilə əlaqədar olaraq inşa yazı müsabiqəsində qalib olan şagirdləri müəllimləri ilə birlikdə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına ekskursiyaya dəvət etdilər.  Bina ilə tanışlıq zamanı şagirdlər Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək Ümummilli liderin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxdılar.Plenar iclas zalında isə şagirdlər Milli Məclisin plenar iclasının keçirilməsindən , deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edildi. Sonra Milli Məclisin foyesində isə onlar spiker Sahibə Qatarovanın təşəbbüsü ilə yaradılmış Zəfər Guşəsi ilə tanış oldular. Görüşün sonunda xatirə şəkli çəkdirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi