Maarifləndirici söhbət.
Mart ayının 7- də və 14- də məktəbin VII, VIII siniflərində həkim- pediatr Mustafayeva Aytən ,tibb bacısı Həmidova Elnurə " Vərəm xəstəliyi, yoluxma yolları, qorunma üsulları " mövzusunda söhbət apardı.Söhbət zamanı xəstəliyin son zamanlar çox yayılması məsələsinə toxunuldu.Bu infeksiyanın yayılmasına səbəb olan törədici və onun aktivləşməsinə şərait yaradan amillərdən danışıldı .Sonda uşaqları maraqlandıran suallar cavablandırıldı.