Polis Akademiyasına qəbul qaydaları
07.01.2025-ci il tarixdə Bakı şəhər 80 nomrəli tam orta məktəbində DİN-in Polis Akademiyasinin nümayəndəsi polis polkovnik-leytenantı,tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadənin və Sabunçu RPİ əməkdaşı,polis mayoru Münasib Kalbalıyevın iştirakı ilə IX-XI sinif şagirdlərinin DİN sistemində təhsilə və xidmətə təsviq edilməsi məqsədilə görüş keçirilmişdir. Görüşdə şagirdlərə Polis Akademiyasına qəbul qaydaları və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumat verilmişdir. Həmçinin, görüşdə gənclərə gələcəkdə dövlətə və vətənə sadiq olmaq, onların sağlam ruhda böyüməsi üçün tövsiyələr verilmişdir