Seminar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən daxil olmuş 03.12.2024- cü il tarixli 59- D- 327 nömrəli məktubda " Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyininqeyd edilməsi haqqında" Azərbaycan Respublikası 30 dekabr 2023- cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifçəndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində " Məktəblərdə Naxçıvan ayı" layihəsinin keçirilməsi məqsədilə seminar keçirildi.Mövzu barədə tarix müəllimi Rafiq Məmmədov şagirdlərə geniş məlumat verdi. Daha sonra məktəbin direktoru Rəsmiyə xanım Quliyeva, direktor müavini Nailə Vəliyeva, təşkilatçı Qərənfil Yusifova çıxış etdilər.