Maarifləndirici söhbət.
Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq ,eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işimiz davam edir.Bu gün məktəbin təşkilatçısı Qərənfil Yusifova və tibb bacısı Elnurə Həmidova şagirdlərlə " Erkən nigahın və qohumlar arasında nigahın mənfi fəsadları " adlı maarifləndirici söhbət apardılar, şagirdləri maraqlandıran sualları cavablandırdılar.