Binə Gülçülükdə
Məktəbimizin Iç sinif şagirdləri sinif rəhbəri Dinara Əliyeva ilə " Yaşıl Dünya Naminə Həmrəylik İli" əlaqədar olaraq Binə Gülçülükdə ekskursiyada oldular.Ekskursiya Məktəbin Fəaliyyət Planına uyğun olaraq payız tətili günlərini səmərəli keçirmək məqsədilə təşkil olunmuşdu.Binə Gülçülüyün direktoru Rufan Əmiraslanov şagirdlərlə səmimi söhbət apardı, onları maraqlandıran sualları cavablandırdı. Şagirdlər özləri dibçəklərə gül əkdilər ,suvardılar.Ekskursiya şagirdlərin çox xoşuna gəldi.