Seminar

Ölkəmizdə 2024-cü ilin " Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər Planının icrası , ətraf mühitin sağlamlaşdırılması ,yaşıllıqların bərpası və artırılması , su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin oktyabr ayı ərzində " Məktəblərdə ekologiya ayı layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.Bununla əlaqədar olaraq məktəbin akt zalında seminar keçirildi.Tədbirdə məktəbin direktoru Rəsmiyə xanım Quliyeva, Coğrafiya müəllimi Cabir Səfərov, Biologiya müəllimi Günel Əsgərova, hərbi rəhbər Mərdan Kərimli , VIIIb sinif şagirdi Ömər Musayev mövzu ətrafında çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi