"Ailə dəyərləri"adlı seminar

"Ailə dəyərləri "adlı seminar
17.05.2024-cü il tarixində məktəbin psixoloqları Afaq Məcidova və Turan Məmmədova tərəfindən VI sinif şagirdləri ilə ailə münasibətlərinə həsr edilmiş “Ailə dəyərləri” adlı seminar keçirildi. Psixoloqlar çıxışında ailənin milli-mənəvi xüsusiyyətləri,ailədə qarşılıqlı məsuliyyət,tərbiyə haqqında geniş məlumat verdilər. Şagirdlər mövzu ilə bağlı səhnəciklər nümayiş etdirdilər.Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Əfəndiyeva öz çıxışında uşağa diqqət,qayğı hər bir ailənin insanın əsas vəzifəsi,mənəviyyatımızın əsas hissəsi olduğunu vurğulayaraq ulu öndər Heydər Əliyevi yad etdi.#Mənim məktəbim