Dərs- tədbir.

Dərs- tədbir.
Məktəbin Xç sinfində Azərbaycan- dili və Ədəbiyyat müəllimi Vəfa Məmmədovanın təşkilatçılığı ilə dərs- tədbir oldu.Mövzu " Nizami Gəncəvi yaradıcılığında dövrün feodal hakimlərinin bir ovuc torpaq üstündə insanların qırğına verilməsi ,ətraf mühitin xarabalığa çevrilməsini söz sənətinin gücü ilə ifşası" idi.Dərs qrup şəklində keçdi.İlk öncə Nizami Gəncəvi yaradıcılığı haqqında Vəfa müəllimə özü geniş məlumat verdi.Sonra şagirdlər özləri mövzu haqqında öz fikirlərini söylədilər.Dərs " 2024- cü il- Yaşıl dünya naminə Həmrəylik ili" çərçivəsində idi.Şagirdlər şairin " İskəndərnamə" poemasında Bərdənin gözəlliyinin təsvirindən danışdılar.Dərsdə məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Qərənfil Yusifova da iştirak edirdi.#Mənim məktəbim