Valideynlərlə görüş.

Valideynlərlə görüş.
,Fevral ayının 3- də məktəbin akt zalında valideynlərlə görüş keçirildi. İclasda məktəbin direktoru Rəsmiyə xanım Quliyeva, təşkilatçı Qərənfil Yusifova , psixoloqlar Afaq Məcidova , Turan Məmmədova və 52 nəfər valideyn iştirak edirdilər. Əvvəlcə məktəbin direktoru Rəsmiyə xanım çıxış etdi.O valideynlərə öz tövsiyyələrini verdi.Yayılan infeksion xəstəliklərdən uşaqlarını qorumağın vacib olduğunu dedi.Onların davranış qaydalarına riayət etməklərinin vacib olduğunu söylədi.Daha sonra təşkilatçı Qərənfil Yusifova şagirdlərin dərsə gecikmələri haqqında, onların geyimlərindən, gigiyena qaydalarına necə əməl etməklərindən danışdı. Məktəbin psixoloqu Afaq Məcidova məktəbdəki psixoloji xidmətin təşkilindən danışdı.Bir neçə valideyn öz fikirlərini söylədilər, suallarını verdilər.#Mənim məktəbim