Yer təbiətinin müxtəlifliyi

Yer təbiətinin müxtəlifliyi
4 ç sinfində sinif rəhbəri Nailə Sadıqovanın təşkilatçılığı ilə şagirdlər “Yer təbiətinin müxtəlifliyi”adlı layihə-tədbir həyata keçirmişlər.Layihə əsasında şagirdlər təbiət müxtəlifliyi,iqlim,heyvanat aləmi,bitkilər və s.haqqında araşdırmalar apararaq təqdimat hazırlamışlar.Qruplara bölünərək tədqiqatçılıq edən şagirdlər heyvan müxtəlifliyi,Yer kürəsinin ən qlobal məsələləri haqqında məlumatlar toplamışlar.Hazırkı hava şəraitində yem və su tapmaqda çətinlik çəkən quşlara dənliklər,quş yuvaları hazırlayıb ağaclardan asmaqla ,ağaclar əkməklə,onlara qulluq etməklə sanki bir təbiətə borcu qaytarmışlar.Şagirdlərin Yer təbiəti ilə bağlı layihə-təqdimatları yüksək qiymətləndirilmişdir.