Mən və mənim hüquqlarım

Mən və mənim hüquqlarım.
310 nömrəli tam orta məktəbin 4 ç sinfində “Mən və mənim hüquqlarım” mövzusunda dərs-tədbir keçirildi.Sinif rəhbəri Nailə Sadıqova şagirdlərə hüquq mövzusunda məlumat verərək,söhbət apardı.Uşaq hüquqlarından ,Uşaq Hüquqları Konvensiyasından,Konstitusiyadan danışıldı.Şagirdlər öz hüquqlarından,onları necə qorumaqdan danışdılar.Hər bir şagird öz hüquqlarını,vəzifələrini bilməli və onlara əməl etməlidir.Daha sonra şagirdlər “Mən hüquqlarımı bilirəmmi?”,”Hansı hüquqlarım var?” adlı sorğularda iştirak etdilər.Müəllim sonda şagirdlərə bilməli olduqları hüquqları və hüquqların qorunma hallarını izah etdi.