Ailəm və məktəbim.

Ailəm və məktəbim.
Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin ,əxlaqi şüurunun formalaşmasına,uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirilməsinə və özünü dərk etməsinə,bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli təhfə verir.Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən məktəbdə valideynlərlə görüş oldu."Ailəm və məktəbim" adlı layihənin Tədbirlər Planına uyğun olaraq valideynlər məktəblə yaxından tsnış oldular, müxtəlif sahələrdə işləyən valideynlərin şagirdlərlə görüşü təşkil olundu, valideynlərin təklif və fikirləri dinlənildi,istedadlı şagirdlərlə görüş oldu.Görüş valideynlər tərəfindən yüksək qiymətləndirildi.