Texnologiya fənnindən açıq dərslər

Azərbaycan Dövlət Pedaqoji Kollecinin Texnologiya fakultəsində təhsil alan 4-cü kurs tələbələri 310 nömrəli tam orta məktəbdə təcrübə keçirlər.Bu gün 3 ç sinfində texnologiya fənnindən açıq dərslər tədris etdilər.
Sinif rəhbəri Nailə Sadıqovanın dəstəyi ilə gələcəyin müəllimləri texnologiya fənnindən maraqlı dərslər nümayiş etdirdilər.Mövzu Texnoloji maşınlar ,Yerüstü və yeraltı nəqliyyat vasitələrinə və onların istifadəsinə həsr olunmuşdur.Dərsdə nəqliyyat vasitələrinə aid videoçarxlar,slaydlar və maraqlı məlumatlar nümayiş olundu.Şagirdlər qruplara bölünərək iş vərəqlərindəki tapşırıqları yerinə yetirib təqdimat etdilər.Yaradıcı tətbiqetmə zamanı isə rəngli kağız və kartondan minik vasitəsi ,maşınlar hazırladılar.Müəllim qrupların təqdimatını müzakirə edərək qiymətləndirdi.Dinləyici ,komissiya üzvü kimi kollecin metodist müəllimləri və sinif rəhbəri Nailə Sadıqova iştirak edirdi.Müəllimlər dərslərin gedişatını təhlil edərək qiymətləndirdilər.Öz tövsiyələrini bildirdilər.Həm müəllim ,həm şagirdlərin fəallığını yüksək qiymətləndirdilər.