eTwinning Plus Layihəsi

310 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nailə Sadıqovanın və onun rəhbərlik etdiyi 2 Ç sinfinin iştirakçı fəaliyyəti olan eTwinning "Sönməyən ulduzlar" layihəsinin bağlanış mərasimi münasibətilə "Azərin ilə tək yürek" adlı tədbir keçirildi. Tədbirdə BŞTİ müdiri Mehriban Vəliyeva, Azərbaycan Respublikası millət vəkili Könül Nurullayeva, Azərbaycan Respublikası Təhsil Nazirliyi TSİİ şöbə müdiri Fidan Nəcəfova, etwinning məsul işçi Natavan Bədəlova, etwinning səfir Ofeliya Qafarova, qardaş Türkiyədən Balikesir İl Milli eğitim müdiri Yakup Yıldız, Eskişehir İl Milli Eğitim Müdiri Hakan Cırıt, UDS eTwinning sorumluları, Şanlıurfa Karakörpü, Manyas, Bandırma, Bitlis Güroymak, Mersin Gülnar, Tekirdağ Çorlu İl Milli Eğitim müdir ve müdir yardımcıları, məktəb direktor, direktor müavinlərinin, müəllim və şagirdlər iştirak edirdilər.
Azərbaycanın xalq artisti, sevimli sənətkarımız Azərinin gəlişi tədbirə xüsusi zövq verdi.
Azərbaycan Türkiyə qardaşlığı hər daim əbədi və sarsılmazdır.