20 Yanvar faciəsini unutmuruq!

Azərbaycan Respublikası Təhsil Nazirinin 29 dekabr 2019-cu il tarixli F-771 Nömrəli əmri ilə təsdiq edilmiş 20 Yanvar faciəsinin otuzuncu il dönümü ilə bağlı qəbul edilmiş tədbirlər planına və məktəbin fəaliyyət planına uyğun xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə bu gün məktəbdə Dəyirmi Masa keçirdik.
Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Yusifova Qərənfil, metodbirləşmə rəhbərləri Əliyeva Rəna, Rzayeva Sədaqət, məktəbin hərbi rəhbəri Kərimli Mərdan, müəllimlərdən Məmmədova Vəfa, Quliyeva Aminə və X-XI sinif şagirdeləri iştirak edirdilər. Tədbir iştirakçıları Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.